AZ

“Əvvəlkindən daha çox işləməyə başlamışıq” – Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin gəlişindən sonra komandanın oyunundakı dəyişikliklərdən danışıb.Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, komandanın daha çox işləməyə başladığını söyləyib:“Əvvəlkindən daha çox işləməyə başlamışıq. Bunu oyunda görmək olar. Komandamız 70-80 dəqiqəlik oyundan sonra təslim olmur və fiziki hazırlığını yüksək səviyyədə saxlamağa davam edir”.21 yaşlı yarımmüdafiəçi bu mövsüm İspaniya çempionatının 4 oyununda iştirak edib və 1 qol vurub.“Barselona” 4 turdan sonra La Liqanın turnir cədvəlinə 12 xalla başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
komanda.az

1Mənbələr