Ağabala Ramazanov karyerasını məşqçi olaraq davam etdirəcək. 

Millimizin sabiq üzvü "Zirə"nin Akademiyasında fəaliyyətə başlayıb. 32 yaşlı sabiq yarımmüdafiəçi Offsideplus.az-a açıqlamasında gələcəyi haqda danışdı:

"Özümü məşqçiliyə hazır hiss edirəm. Onun üçün də məşqçilik kursuna başladım. Uzun illərdi futboldayam. Həm də futbolçu vaxtlarımdan məşqçilik mənə maraqlı gəlirdi. Hələ ki, öyrənmək mərhələsindəyəm. Düzdür, müəyyən çətinlik olar. İnşallah, imtahanları uğurla verərək fəaliyyətə tam başlamaq niyyətindəyəm.

Gələcək üçün hədəflərim var. Hələ ki, akademiyadan başlamaq niyyətindəyəm. İnşallah, gələcəkdə uğurlu olub, əsas komandalarda da işləməyi çox istəyərəm".