AZ

Bu şəhərə gedənlərə xəbərdarlıq: Gündəlik kirayə evlər qadağan edilir

Macarıstanın paytaxtı Budapeştin turistik Terezvaros səmtində gündəlik kirayə yerləşdirmə tətbiqlərini qadağan etmək üçün referendum keçirilir.

Publika.az xəbər verir ki, bölgə sakinləri sentyabrın 2-dən etibarən ünvanlarını və şəxsiyyətlərini təsdiq edərək onlayn səs verməyə başlayıblar.

Referendumu dəstəkləyən rayon sakinləri qeyd edirlər ki, “Airbnb” və “Booking” kimi platformaların tətbiqi bölgədə mənzil qiymətlərini artırır.

Terezvaros Bələdiyyəsinin qeydlərinə görə, rayonda 29 min 251 mənzil var və onlardan 2 min 226-sı, yəni təxminən 7,6 faizi qısamüddətli kirayə mənzil kimi istifadə olunur.

Bənzər narahatlıqlara görə, Portuqaliyanın paytaxtı Lissabonda da bu təcrübələri məhdudlaşdırmaq üçün referendum planlaşdırılır. İspaniyanın Barselona şəhərində isə 2028-ci ilə qədər bütün qısamüddətli kirayə ev təcrübələrinin qadağan edilməsi tələb olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
publika.az

1Mənbələr