AZ

Yunis Hüseynov: “90 dəqiqənin sonunadək mübarizə aparmalıyıq”

“Bugünki oyunda futbolçularımızın qələbə istəyi daha çox olacaq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, Millətlər Liqasının I turunda yığmamızın İsveçə qarşı oyununu şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, bu gün millimiz ev oyununda daha çox məsuliyyətli olmalıdır: “Fikrimcə, bu gün futbolçularımız yüksək motivasiya ilə oyuna çıxacaqlar. Yeni baş məşqçi ilə millimizin ilk oyunu olacaq. Bu səbəbdən oyunun taktiki baxımdan necə qurulduğu bizə çox maraqlıdır. Hər şeyi qarşılaşmadan sonra danışmaq olar. Bu barədə geniş şərh vermək bir az çətindir. Yığmamızın daha çox hücumameylli oyun sərgiləyəcəyini düşünürəm. Əlbəttə, millimizə uğurlar arzu edirəm. Meydanda futbolçularımız bir olsa, yaxşı nəticə əldə edə bilərlər. 90 dəqiqə ərzində sonadək mübarizə aparmalıyıq. Qələbə üçün lazım olan hər şeyi meydanda göstərməliyik”.

Qeyd edək ki, Azərbaycan-İsveç qarşılaşması bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
idman.biz

1Mənbələr