AZ

“YouTube” gənclərlə bağlı yeni siyasətini AÇIQLADI

“YouTube” platforması gənclərə gözəllik ideallarını təlqin edən, insanların xarici görünüşünü və bədən quruluşunu müqayisə edən materialları tövsiyə etməyi dayandıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

Bildirilib ki, Məsləhət Komitəsi ilə işləyərək, tək bir video kimi zərərsiz ola bilən, lakin təkrar baxılanda bəzi gənclər üçün problem yarada bilən məzmun kateqoriyaları müəyyən edilib.

"YouTube" əlavə edib ki, bu kateqoriyalara fiziki xüsusiyyətləri müqayisə edən, müəyyən görünüş növlərini, fitnes və ya bədən çəkisi səviyyələrini digərləri ilə müqayisədə ideallaşdıran məzmunlar daxildir.

Nəticədə bu mövzularda video məzmunun yenidən tövsiyə edilməsinin bütün dünya üzrə yeniyetmələrə məhdudlaşdırılması qərara alınıb.  

Sevinc İBRAHİMZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
redaktor.az

2Mənbələr