AZ

Ermənistanda itkin düşən hərbçilərin sayı açıqlanıb

Ermənistan hökuməti itkin düşmüş hərbi qulluqçuların ailələrinə sosial dəstəyin davamlılığını təmin edəcək qərarı təsdiqləyib. 

“Cebheinfo.az” xəbər verir ki, qərarda avqustun 22-nə olan məlumata görə, 23 hərbi qulluqçu itkin düşüb. Onların itkin düşmüş hesab edildiyinə dair məhkəmə aktı yoxdur. Buna görə də dəstək müddətinin (ayda 300 min dram) oktyabr ayı daxil olmaqla uzadılması təklif edilir.

Hökumətin digər qərarı ilə Qarabağ istiqamətində hərbi əməliyyatlar nəticəsində itkin düşmüş mülki şəxslərin ailələrinə daha iki ay müddətində sosial yardım göstəriləcək və bunun üçün 6,6 milyon dram ayrılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr