AZ

“Şəki” baş məşqçisi və 7 basketbolçusu ilə vidalaşdı

Ötən mövsümü Azərbaycan Basketbol Liqasında sonuncu pillədə başa vurmuş “Şəki” komandası yeni mövsüm öncəsi islahatlara başlayıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ vətəndaşlığı da olan nigeriyalı baş məşqçi Aleksander Uco yola salınıb.

Əyalət klubu 7 basketbolçu ilə də yollarını ayırıb. Ötən mövsümü oynayan məşqçi kimi keçirmiş amerikalı Kris Klark, həmçinin onun həmyerliləri Vebster Simeus və Vanya Kinq komandaya lazım olmayıb. Zumrad Ankbazov, Hüseyn Əsgərli, Məhəmməd Sadıkov və Nihad Tağıyevlə də yeni müqavilə bağlanmayıb.

Klub gedənlərin hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Artıq komandanın yeni baş məşqçisi də məlumdur. Belə ki, klub rəhbərliyi bu postu Bedri Meriçə həvalə edib. O, ötən mövsüm “Gəncə”ni çalışdırıb. Lakin tərəflər bu yay müqaviləni yeniləməyiblər. “Gəncə” baş məşqçi postunu digər türkiyəli mütəxəssis Halil Atlıya həvalə edib. Meriç isə Şəkinin eyniadlı təmsilçisinin sükanı arxasına keçməyə razılaşıb. Komanda hazırda Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünə məhz yeni baş məşqçi Bedri Meriçin rəhbərliyi altında hazırlaşır.

Yeri gəlmişkən, “Şəki” heyətinə yeni basketbolçu da cəlb edib. Belə ki, klub Azərbaycan millisinin üzvü Ercan Donatı transfer edib. 24 yaşlı türk əsilli oyunçu yeni mövsümdən etibarən bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
arena.az

1Mənbələr