AZ

USAID Ermənistana əlavə maliyyə ayırır

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana yardımın həcmini 130 milyon dollar artıracaq.

KONKRET.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin iclasında 2022-ci il iyunun 29-da sözügedən ölkə və USAID arasında imzalanmış qrant sazişinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi təsdiq edilib.

Yardımın artırılması ilə USAID-in Ermənistana ümumi investisiyasını 250 milyon dollara çatdıracaq.

Əlavə vəsait səmərəli və hesabatlı idarəetmənin institutsionallaşdırılması, demokratik birliyin möhkəmləndirilməsi, iqtisadi idarəetmənin gücləndirilməsi və hədəf sektorun rəqabət qabiliyyətinin artırılması üçün nəzərdə tutulub.

Məlik,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
konkret.az

2Mənbələr