Keçən il “Petits Plats de Mamama” adlı bir fransız bistrosu masada telefonlara qadağa qoyanda, müştərilərin necə reaksiya verəcəyi sual altında idi.

İndex.az xəbər verir ki, “The Times” yazır ki, biznes sahibləri bu siyasət sayəsində müştərilərin nəinki söhbət etdiyini, həm də daha çox yemək sifariş etdiklərini bildiriblər. Restoran müştərilərini itirmək əvəzinə qazanc əldə edib.

Onlar əlavə edirlər ki, qadağa qüvvəyə mindikdən sonra desert sifarişləri təxminən 30% artıb.