AZ

Banqladeşdə Şeyx Hasinaya qarşı irəli sürülən ittihamlar 120-ni keçdi


Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı irəli sürülən müxtəlif ağır cinayətlərlə bağlı ittihamların sayı 120-ni ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Banqladeşin “The Daily Observer” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, keçmiş baş nazirə qarşı ölkə üzrə 122 iş, o cümlədən qətllə bağlı 111 iş qaldırılıb.
İstintaqlar kütləvi etiraz hərəkatı zamanı baş vermiş, etirazçılar, təhlükəsizlik qüvvələri, siyasi liderlər və fəallar arasında toqquşmaların çoxlu insan tələfatı ilə nəticələndiyi hadisələrlə bağlıdır.
Şeyx Hasina həmçinin adam oğurluğu, bəşəriyyətə qarşı cinayət və soyqırımında ittiham olunur.
Oxşar ittihamlar keçmiş xarici işlər naziri Həsən Mahmud, keçmiş daxili işlər naziri Əsədüzzaman Xan və ədliyyə naziri Anisur Rəhman da daxil olmaqla bir neçə onlarla şəxsə qarşı irəli sürülüb.
Təqsirləndirilənlər arasında keçmiş baş nazirin bacısı Şeyx Rehana, oğlu Sacib Vazed Coy və qızı Saima Vazed də var.
İttihamlarda iyulun 15-dən avqustun 5-dək Şeyx Hasina və “Avami Liqası”nın digər liderləri və fəallarının göstərişi ilə çoxlu sayda insan tələfatı olduğu iddia edilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
yeniavaz.com

1Mənbələr