AZ

Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-dəBeynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoruİnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxilolan qurumlar arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcudolduğu vurğulandı.

Dünya Bankının Azərbaycanla Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ)əhəmiyyəti qeyd olundu, 2025-2029-cu illəri əhatə edəcək yeniÖTÇ-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığınınhazırkı səviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgəlayihələrin nəticələrindən məmnunluq ifadə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədəndövlət-özəl tərəfdaşlığı, xarici investisiyaların cəlb olunması,COP29 çərçivəsində birgə fəaliyyət və digər aktual istiqamətlərdəəməkdaşlıq imkanları müzakirə edildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
28
az.trend.az

10Mənbələr