AZ

Xəstəxanaya yerləşdirilən gəncin mədəsindən bıçaq, qayçı və açar çıxarıldı - FOTO

Hindistanın Bihar əyalətində 22 yaşlı gənc bir neçə gün öncə şiddətli mədə ağrısı şikayəti ilə ailəsi tərəfindən xəstəxanay yerləşdirilib.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat olunan gəncin mədəsindən bıçaq, qayçı və açar kimi müxtəlif metal əşyalar çıxarılıb. Onu əməliyyat edən həkimin verdiyi məlumata görə, xəstə psixoloji müalicə alır. Onun qarnından 2 açar, 10 sm uzunluğunda bıçaq və iki dırnaq qayçısı çıxarılıb. Gənc bildirib ki, son vaxtlar metal əşyalar udmağa başlayıb.  Qeyd edək ki, hazırda onun vəziyyəti stabildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
manset.az

1Mənbələr