AZ

"Cermuk da Şuşa kimi əldən gedəcək" - Erməni politoloq

Radikal açıqlamaları və revanşist çağırışları ilə tanınan politoloq Qaqik Ambaryan diqqət çəkən fikirlər səsləndirib.AzVision.az xəbər verir ki, o, Facebook səhifəsində Paşinyanın şəkillərindən hazırlanmış kollaj yerləşdirib. Politoloq fotoya başlıq kimi “Məkrli Nikol xalqa yeni mesaj verir" yazıb"Nikol 2019-cu ildə Şuşada olarkən Vazgen Sarkisyanın heykəlinin önünə güllər qoymuşdu. 2020-ci ilin 44 günlük müharibəsində Nikol Şuşanı da Vazgenin heykəli ilə birlikdə Azərbaycana təhvil verdi. Azərbaycanlı əsgərlər isə heykəli təhqir etdilər. Ötən gün isə bu satqın Cermuka baş çəkib. O, yenə Vazgen Sarkisyanın heykəli önünə güllər düzüb... Görəsən, bu, Cermukun da tezliklə Nikolun sayəsində Azərbaycan qoşunlarının nəzarətinə keçəcəyi mesajıdırmı?”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
dia-az.info

1Mənbələr