AZ

"İki ölkə münasibətlərinin gərginləşməsində əsas günahkar Emmanuel Makrondur" - AÇIQLAMA

"İki ölkə münasibətlərinin gərginləşməsində əsas günahkar Emmanuel Makrondur" - AÇIQLAMAFransa növbəti dəfə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Bu dəfə Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddialar səsləndirib. Fransanın Azərbaycana qarşı davam etdirdiyi qarayaxma kampaniyası iki ölkənin gələcək münasibətinə necə təsir edəcək ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən politoloq [b]Turan Rzayev bildirib ki, iki ölkənin münasibətlərinin gərginləşməsində əsas günahkar Fransanın prezidenti Emmanuel Makrondur:

"Fransanın Azərbaycana qarşı qarayaxma kompaniyasını davam etdirməsi əslində təəccüblü deyil. Rəsmi Parisin siyasi və diplomatik sferada Azərbaycana qarşı sərgilədiyi düşməncil mövqe və atdığı destruktiv addımlar şübhəsiz ki, iki ölkə münasibətlərinə köklü zərbələr endirir. İki ölkə arasında münasibətlərin bu həddə çatmasında yeganə günahkar Fransanın avanturist, təcrübəsiz və dövləti emosiyalarla idarə edən Emmanuel Makrondur. Bütün bu proseslərin məsuliyyəti onun üzərindədir. Ondan öncəki prezidentlərə nəzər saldıqda istər Fransua Olland, istər Nikola Sarkozi, istərsə də Jak Şirak - onların heç biri Makron kimi radikal addımlar atmayıb. Təbii ki, onların dövründə də müəyyən problemlərimiz olub bu danılmazdır. Fransanın Ermənistanı müdafiə etməsi, erməni maraqları kontekstində xarici siyasətini formalaşdırması hər zaman narazılıqlara səbəb olub. Amma ən azından keçmiş Fransa prezidentləri balansa da diqqət edirdilər. Çünki Fransanın total şirkətinin Azərbaycanda səhmləri, payları var. Onların təhlükəyə girməsinə Fransa heç vaxt icazə verməyib. Amma indi Makronun sərgilədiyi mövqe prosesləri kifayət qədər gərginlik həddinə gətirib çatdırıb. Azərbaycan təbii ki, Fransanın atdığı bu addımlara eyni emosionallıqla cavab vermir. Bizim Fransaya qarşı mübarizəmizin əsasınıda neokalonializm və neoimperializmə qarşı mübarizə durur. Yəni əslində Bakı Təşəbbüs Qrupunun keçirdiyi tədbirlərdə Fransa müstəmləkələrindən gələn siyasilərin, ziyalıların iştirak etməsi, o problemlərin dünya ictimaiyyətinə çatdırılması Fransaya ən böyük zərbədir"

Əgər münasibətlər daha da gərginləşərsə Azərbaycan tərəfi hansı addımları ata bilər ?

"Münasibətlər daha da gərginləşərsə Azərbaycan tərəfi daha ciddi addımlara əl ata bilər. Məsələn, Fransanın total şirkətinin Azərbaycanda fəaliyyəti dayandırıla bilər. Düzdür, total şirkəti hər zaman deyir ki, biz siyasi məsələlərə qarışmırıq. Amma, bu Fransanın şirkətidir və o ölkənin maraqları istiqamətində hərəkət edir. Bu baxımdan Fransaya ən böyük zərbə elə total şirkətinin fəaliyyətinin dayandırılması ola bilər. Düzdür, bu hələki müzakirə predmeti deyil. Azərbaycan tərəfi gərginliyin o həddə olmadığını düşünür. Fransaya Bakı Təşəbbüs Qrupu üzərindən verdiyimiz cavablar olduqca effektivdir"

Çiçək Sadatova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sonxeber.az

1Mənbələr