AZ

Fransada müəllim İsraili tənqid etdiyinə görə işdən çıxarıldı

Fransada İsrailin Qəzzaya hücumlarını tənqid edən müəllim vəzifəsindən uzaqlaşdırılıb. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, universitetdə riyaziyyat müəllimi olan qadının dərsdən əvvəl tələbələrlə söhbət əsnasında İsrailin Qəzzaya hücumlarını tənqid etməsi rəhbərliyin reaksiyasına səbəb olub.

Məktəb rəhbərliyinin verdiyi açıqlamada müəllimin sözlərinin kursla heç bir əlaqəsi olmadığı və qərəzsiz təhsil prinsipinin pozulduğu iddia edilib.

İşdən çıxarılan müəllim çıxışını sosial mediada bu halı paylaşaraq Fransa hökumətini söz azadlığını pozmaqda ittiham edib.
 
Cəmalə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
azxeber.com

1Mənbələr