AZ

Ermənistan hökuməti Hərbi Texniki Tədqiqatlar İnstitutunu ləğv edib

Ermənistan hökuməti 2018-ci ilin mayında yaradılmış “Hərbi Texniki Tədqiqatlar İnstitutu” dövlət qeyri-kommersiya təşkilatını ləğv etmək barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qərara əsasən, 2023-cü ildə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının funksiyalarını və strukturunu dəqiqləşdirən yeni nizamnamələri təsdiq edilib.

Nəticədə ləğv edilən institutun bir sıra funksiyaları nazirliyin ayrı-ayrı hərbi nümayəndəliklər şöbəsinə, Baş Qərargahın strateji planlaşdırma idarəsinə və Baş Qərargahın Əməliyyat Baş idarəsinin hərbi-iqtisadi şöbəsinə həvalə olunub.

Vəsaitlərin optimallaşdırılması nöqteyi-nəzərindən və idarəetmə funksiyalarının təkrarlanmasının qarşısını almaq üçün qurumun ləğv edilməsi məqsədəuyğun hesab edilib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
musavat.com

1Mənbələr