AZ

Serbiya ABŞ-nin sanksiyalarını tənqid edib

"ABŞ-nin Rusiya mediasına qarşı sanksiyaları  söz azadlığına zərbədir".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki , bunu Serbiyanın innovasiyalar naziri Nenad Popoviç deyib.

O, açıqlamasında bildirib ki, ABŞ hakimiyyətinin "Rossiya Seqodnya" media qrupuna və onun "RİA Novosti", "RT" və "Sputnik" daxil olmaqla, media qurumlarına qarşı tətbiq etdiyi sanksiyalar söz və media azadlığına qlobal zərbədir. 

"ABŞ-də müxtəlif media nümayəndələrinin, o cümlədən müxalifətin öz fəaliyyətini maneəsiz həyata keçirə bildiyi göstərilir. Lakin reallıqda hər şey tamamilə başqadır. ABŞ bu cür hərəkətləri ilə öz vətəndaşlarını alternativ informasiya əldə etməkdən məhrum edir, bununla da onların hüquqlarını pozur", - deyə Popoviç qeyd edib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
bakivaxti.az

1Mənbələr