AZ

Qarabağda antiterror əməliyyatı ölkəmizin şanlı tarixidir - ŞƏRH

Bakı. Trend:

Ötən ilin sentyabrında baş tutan lokal xarakterli anti-terrortədbirləri ölkəmizə böyük qələbə qazandırdı.

Bunu Trend-in suallarını cavablandırarkən politoloqİlyas Hüseynov deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanərazisində qalan qeyri-qanuni silahlı birləşmələr məhv edildi vəçox uğurlu bir hərbi əməliyyat keçirildi.

"Bunun nəticəsində Azərbaycan bütün ərazisində suverenliyinibərqərar elədi, konstitusion quruluş təmin olundu. Çünki 44 günlükVətən müharibəsində Şanlı Ordumuz Azərbaycan öz tarixi torpaqlarınıişğaldan azad etdi. Bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcərazad olundu. Lakin buna baxmayaraq Ermənistan sülh ilə bağlıtəkliflərdən boyun qaçıraraq əraziyə muzdlular, silahlılar,minalar, silah-sursat və texnika cəlb elədi və seperatizm cərəyanıyeni bir istiqamət aldı.

Lokal xarakterli anti-terror əməliyyatlarından sonra bölgədəolan ermənilər könüllü surətdə regionu tərk elədilər və Ermənistanaüz tutdular. Çünki elə Ermənistan pasportunu daşıyırdılar.Azərbaycan reinteqrasiya ilə bağlı müxtəlif layihələr, planlar,təkliflər, tövsiyələr irəli sürsə də, bundan ermənilər boyunqaçırdı. Və bu seperatçıların rəhbərlərinin göstərişi ilə başverdi. Bunun ardınca, Rusiya sülhməramlıları da ölkəni tərketdilər. Bu da Rusiya və Azərbaycan arasında münasibətlərdə inamın,etimadın və reallığın bir təsbiti idi. Lokal xarakterli antiterrortədbirləri hər zaman ölkəmizin şanlı tarixində qalacaq", - o əlavəedib.

Hərbi ekspert Bahadur Kamil isə bildirib ki,2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindəErmənistan tərəfi məğlubiyyətə uğradı.

"Həmin ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiyaliderləri arasında imzalanan üçtərəfli bəyanat imzalandı. Lakinmüharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülhüçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardanboyun qaçırır. Ərazilərimizdə silahlı təxribatlarını davametdirirdi.

Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistansilahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlıdəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməliidilər. Ötən il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəkierməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlarvə terror hücumları törətdi. Buna cavab olaraq AzərbaycanRespublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədiləbölgədə lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı. Cəmi23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağaməcbur oldular. Nəticədə Ermənistan silahlı qüvvələrininbirləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerəqoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tamşəkildə tərksilah olundular. Qarabağda qeyri-qanuni xunta rejimiləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi vəAzərbaycan öz dövlət suverenliyini tam təmin etdi", - deyə o qeydedib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
az.trend.az

3Mənbələr