AZ

İran ABŞ-dəki seçkilərə müdaxilə edir?

"İrandan ABŞ-də prezident seçkisinə yönəlmiş haker əməliyyatları davam edir və əvvəllər məlum olduğundan daha genişmiqyaslıdır".

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Bildirilib ki, İran hökumətinin “APT42” kimi tanınan haker qrupu saxta internet saytları vasitəsilə hücumları təşkil etməklə ABŞ-də prezident seçkilərinə müdaxilə etməyə çalışırlar. 

Eyni zamanda, haker qrupu seçkilərin nəticələrini Donald Trampın zərərinə dəyişmək üçün səylərini gücləndirib.

Məlumata görə, prezident seçkiləri ilə bağlı yalan məlumatlar paylaşan haker qrupu əsas kampaniyası Amerikada qurulan və Tehrandan göstərişlər alan internet saytları ilə həyata keçirilir.

Nəşr Tehran tərəfindən idarə edilən “Savannah Times”, “The New Thinker” və “Westland Sun” kimi saytların adlarını ifşa edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
cebheinfo.az

1Mənbələr