AZ

“Tofiq Bəhramov”un üçdəbiri boş olacaq? – Elnur Məmmədli açıqladı

Millimiz bu gün Millətlər Liqasında yeni macəraya başlayır.

Bəs İsveçlə qarşılaşmaya azarkeş marağı hansı səviyyədədi?

“Football-plus.az”ın sualını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenin rəhbəri Elnur Məmmədli cavabladı. Qurum rəsmisi indiyə qədər 9373 biletin satıldığını dedi.

Qeyd edək ki, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31200 yerlikdi. Əlbəttə, hələ matçın start fitinin çalınmasına bir neçə saat qalıb. Lakin görünən odu ki, yığmanın oyununa maraq arzuolunan səviyyədə deyil.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
football-plus.az

1Mənbələr