AZ

Qəzzada atəşkəs planı 90 faiz razılaşdırılıb

Qəzza zolağında Amerikanın yeni atəşkəs planı 90 faiz razılaşdırılıb. Bu barədə ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi onlayn brifinqdə bildirib. Məlumatı “Anadolu” verib. 

Onun sözlərinə görə, hazırda tərəflər əsirlərin mübadiləsi və Filadelfiya dəhlizi ilə bağlı məsləhətləşmələri davam etdirir.

Rəsmi qeyd edib ki, sövdələşmənin ümumilikdə 18 bəndi var, bunlardan 14-ü tamamlanıb və iyul ayında HƏMAS tərəfindən təsdiqlənmiş razılaşmanın mətni ilə eynidir.

  

P.ƏMİRCANOV

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
xalqqazeti.az

1Mənbələr