AZ

Osimhen "Qalatasaray"a niyə keçdiyini açıqlayıb

Hücumçu Viktor Osimhen "Napoli"dən "Qalatasaray"a niyə icarəyə keçmək qərarına gəldiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, insayder Fabrizio Romano nigeriyalının dediklərini belə çatdırıb:

“Qalatasaray" böyük klub olduğu üçün ona getmək qərarı vermək mənim üçün asan idi. Henri Onyekuru ["Qalatasaray"ın keçmiş yarımmüdafiəçisi] mənə buradakı azarkeşlərin nə qədər xüsusi olduğunu söylədi. Hava limanında azarkeşlərin məni qarşıladığını gördüm. Mən inanılmaz dərəcədə xoşbəxt idim. Dris Mertens kluba gələndən “Qalatasaray”ı izləyirəm. İndi klubda debüt etmək üçün səbirsizlənirəm” 

Qeyd edək ki, Osimhen İstanbul nəhəngində bir mövsüm icarə üçün 6 milyon avro qazanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
90deqiqe.az

1Mənbələr