AZ

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Bayandur kəndində keçirilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinəuyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşlərikeçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləribilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradanqaldırmaqdır.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuşqrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Ələsgərli kənd İƏD üzrənümayəndəliyin Bayandur kəndində keçirilib.Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasınınsədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarınınrəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirakediblər.Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirəlövhəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yadedilib.Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halınınyaxşılaşmasına təsirindən, həmçinin Bayandur kəndində görülən işlərdən, sakinlərininməşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonunsosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyatakeçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təminolunur.Qeyd olunub ki, Bayandur kəndinin 219 hektar ərazisi, 140 təsərrüfatı, 616 nəfər əhalisivar. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası, 1 ticarət obyekti faəliyyət göstərir.Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 224 baş iribuynuzlu, 400baş xırdabuynuzlu heyvan, 3400 baş quş, 30 arı ailəsi saxlayırlar.Son üç ildə Bayandur kəndində kəndarası yollar 1 km məsafədə təmir olunub, su arxları1 km məsafədə lildən təmizlənib, suvarma suyu üçün 1 ədəd subartezian quyusuqazılıb, kənd ərazisində 1000 ədəd müxtəlif növ ağac əkilib, yol kənarları alaqotlarından təmizlənərək səliqə-səhmana salınıb.Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcraHakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlükləriniqeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkənnikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha,narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədəgüclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.Sonra söz sakinlərə verilib.Kənd sakini Məhəmmədəli Məmmədov kəndə gələn suvarma arxına qapı qoyulması,yeni subartezian quyusunun qazılması, məktəbin həyətində olan qurumuş iki ədədağacın götürülməsi, Eyvaz Hüseynov subartezian quyusunun təmir edilməsi, ElsevərNovruzov kəndə gələn keçmiş suvarma arxının bərpa olunması və digər məsələlərbarədə müraciət ediblər.Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayonrəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehribanxanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Dia-az.İnfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
dia-az.info

1Mənbələr