AZ

Xuan Matanın yeni klubu açıqlandı

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi “Vestern Sidney Uonderers”lə bir mövsümlük müqavilə imzalayıb. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Mata 2024-cü ilin fevralında Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra klubsuzdu.

Mata karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi” və “Qalatasaray”da da çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
idmanxeber.az

2Mənbələr