AZ

Zelenski dəhşətli xəbərdarlıq aldı: Şansı yoxdur

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin bütün müdafiə xəttini keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" məlumat yayıb.

Nəşr yazır ki, əgər Pokrovsk ələ keçirilərsə bu, Rusiyanın bütün cənub Donbas üzərində nəzarəti ələ keçirməsi anlamına gələcək. Bu halda ya Donetsk vilayətinin şimalında qalan Ukrayna mövqelərinə hücum edilə, ya da bütün Ukraynanın cənub cəbhəsini yarmaq məqsədi ilə şərqə zərbə endirilə bilər.

Məqalədə bildirilir ki, Qərb ölkələrindən hərbi yardım alsa belə, Ukraynanın Rusiyanı sarsıdıcı məğlubiyyətə uğratmaq və itirilmiş əraziləri güc yolu ilə geri qaytarmaq şansı yoxdur. Eyni zamanda, Ukraynanın hərbi süqut təhlükəsi var ki, bu da birbaşa hərbi müdaxilə üçün Qərbdə təzyiqlərin artmasına səbəb ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
publika.az

1Mənbələr