AZ

Anasının fotosunu paylaşdı

Müğənni Mehin Hümbətova polkovnik-leytenant olan anası Xatirə xanımla foto yayımlayıb. 

“İki sahil” xəbər verir ki, ifaçının anasının polis geyimində olması diqqət çəkib. Sənətçi anasına olan sevgisini bu sözlərlə dilə gətirib:

"Bir bilsəniz onu hansı sözlərlə əzizləyirəm. Hər kəs üçün öz anası ən gözəl və ən şirindir. Hətta bəzən onu dişləməmək üçün özümü güclə saxlayıram. Bütün insani keyfiyyətləri – mərhəməti və qayğıkeş olmağı səndən öyrəndim. Ən güclü motivasiyam sənsən! Çox yaşa "mamiko".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
ikisahil.az

1Mənbələr