AZ

BMT: "Zaporojya AES-də vəziyyət çox kövrəkdir"

BMT Ukraynanın Zaporojya atom elektrik stansiyasında vəziyyətin çox kövrək olduğuna dair xəbərdarlıq edib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi açıqlama verib.

Rafael Qrossi Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın nüvə və enerji rəsmiləri ilə görüşdən sonra  Kiyevdə mətbuat konfransında çıxış edib. MAQATE-nin direktoru Rafael Qrossinin xəbərdarlığı Ukraynanın cənub-şərqində Rusiya tərəfindən işğal olunmuş Zaporojya atom elektrik stansiyası yaxınlığında baş verən yeni hücumlardan sonra olub.

Qrossinin sözlərinə görə, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyadakı vəziyyətlə bağlı BMT-nin yoxlamaları kritik elektrik ehtiyatlarını əhatə edəcək şəkildə genişləndiriləcək:

"Stansiya yenidən elektrik enerjisinin kəsilməsi astanasındadır. əvvəlki dövrdə bu hal səkkiz dəfə yaşanıb. Elektrikin yenidən kəsilməsi nəticəsində fəlakət ola bilər".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
bakivaxti.az

1Mənbələr