AZ

"Şəki" daha 5 basketbolçu ilə yollarını ayırdı – FOTO

Ötən mövsümü Azərbaycan Basketbol Liqasında sonuncu pillədə başa vurmuş "Şəki" basketbol klubu daha 5 basketbolçu ilə yollarını ayırıb.

Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ötən mövsümü oynayan məşqçi kimi keçirmiş amerikalı Kris Klark, Zumrad Ankbazov, Hüseyn Əsgərli, Məhəmməd Sadıkov və Nihad Tağıyevlə yeni müqavilə bağlamayıb.

Həmçinin, ABŞ vətəndaşlığı da olan nigeriyalı baş məşqçi Aleksander Uco da yola salınıb.

Qeyd edək ki, daha əvvəl "Şəki" 2 amerikalı basketbolçusu – Vebster Simeus və Vanya Kinqlə yollarını ayırmışdı.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
prosport.az

1Mənbələr