AZ

Uilyams onu “Real”a dəvət edən azarkeşə sərt cavab verdi

“Atletik” klubunun futbolçusu Niko Uilyams azarkeşin “Real”a keçmək təklifinə kobud reaksiya verib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın açıq məşqində 22 yaşlı futbolçuya azarkeş yaxınlaşaraq “Niko, “Real”a gəl” deyib. Futbolçunun bunu reaksiyası isə çox sərt olub. O, həmin azarkeşə “Cəhənnəmə get, ey əclaf” cavabını verib.

Yay transfer pəncərəsi zamanı cinah oyunçusunun “Barselona”ya keçməyə yaxın olduğu bildirilsə də, sonda transfer baş tutmadı.

Bu mövsüm Uilyams “Atletik”in heyətində La Liqada 4 oyun keçirib və heç bir qol vurmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
idmanxeber.az

1Mənbələr