AZ

Nərimanov rayonunda yerləşən məşhur restoran cərimələnib - Məbləğ

Nərimanov rayonunda yerləşən məşhur “Alibaba Nargile” restoranı cərimələnib. 

Valyuta.az-ın məlumatına görə, restoran rəhbərliyi barəsində  İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

“Alibaba Nargile” adlı obyektin üzərində icazə alınmadan reklam yerləşdirilib. 

Obyekt rəhbərliyi barəsində Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən cərimə protokolu tərtib edilib. 

Məhkəmənin qərarı ilə, “Alibaba Nargile” Restoranın rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilib.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
valyuta.az

1Mənbələr