AZ

Salah müqavilə imzalamağa tələsir

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubla cari mövsümün sonunda başa çatacaq müqavilə müddətini uzatmaq istəyir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu yeni müqaviləni tez bir zamanda imzalamaq niyyətindədir. O, bu mövsüm İngiltərə Premyer Liqasının ilk üç turunda qələbə qazanan “Liverpul”un yeni baş məşqçisi Arne Slotun rəhbərliyi altında oynamaqdan həzz aldığını bildirib. Salah bu mövsüm üç qol vurub və üç məhsuldar ötürmə edib. O, 2017-ci ilin yayından “Liverpul”da çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
komanda.az

1Mənbələr