AZ

“Azpulmat” və “Manato” kreditlərindən narazılıq artır – Faizlər niyə yüksəkdir?

Son dövrlərdə bank olmayan kredit təşkilatlarına müraciət edən vətəndaşların sayı artıb. Qeyri-rəsmi şəkildə çalışan bəzi şəxslər maddi ehtiyaclarını qarşılamaq üçün “Azpulmat” və “Manato” kimi xidmətlərə üz tuturlar.

Bəzən insanlar arasında “onlar qanunsuz fəaliyyət göstərirlər, bizi məhkəməyə verə bilməz” kimi fikirlər səsləndirilir.

Bu, həqiqətən belədirmi?

Birincisi, Mərkəzi Bank adı hallanan qurumlara bank olmayan kredit təşkilatı kimi lisenziya verib. Yəni onların fəaliyyəti dövlət tərəfindan rəsmi olaraq tanınır. İkinci məqam isə kreditgötürənin məhkəyəmə verilməsidir. Burada bir məsələyə diqqət yetirmək lazımdır. Öncəliklə qeyd etmək yerinə düşər ki, sözügedən təşkilatlar əksər hallarda 100 manata qədər kredit verir. Onların xırda məbləğə görə vətəndaşı hakim qarşısına çıxarmaq tələbi böyük vəsait hesabına başa gəlir. Odur ki, kredit qurumlarına bu sərf etmir. Çıxış yolu kimi vətəndaşın yaxınlarına və özünə zənglər etməkdir ki, buna da şəxs kredit götürən zaman özü razılıq verir.

Digər narazılıq isə kredit faizlərinin çox olmasıdır. Əslində təşkilatarın bunun üçün də səbəbləri var. Baxın, bu qurumların faizlərinin çox olmasını bazar müəyyənləşdirir. Faiz pulun qiymətidir. Onlar, 50, 100, 500 manat və sair dəyərində kreditlər verirlər. Müştərilərə çox nadir hallarda 500 manatdan yuxarı məbləğ ayrılır. Hər bir kreditin kreditvermə xərci var. Haqqında danışdığımız təşkilatlar kiçik kredit verdikləri üçün xərcləri böyük olur. 100 milyonluq kreditin xərci daha az olur, nəinki 50 manatlıq kreditin.

Həmçinin riskli və bankdan pul götürə bilməyən müştərilərə kredit verirlər. Şirkət əvvəldən nəzərə alır ki, ayırdıqları pulun 20-30 faizini yığa bilməyəcək. Həmişə yığa bilmədikləri pulu kredit faizinin üzərinə gəlirlər. Rəhbər şəxs əvvəlcədən oturub hesablayır ki, təxminən nə qədər pulu toplamaya bilər? O, daha sonra itirəcəyini düşündüyü məbləği faizə əlavə edir. Bundan əlavə, bu işi təşkil edənlərin İT xərcləri var. Çünki proses elektron şəkildə təşkil olunur.

Məlik,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
konkret.az

4Mənbələr