AZ

Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara razıdır – Vladimir Putin

Prezident Vladimir Putin bildirib ki, Rusiya 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasında Ukrayna ilə danışıqlara razıdır.

O qeyd edib ki, əvvəllər bu razılaşmalar Ukrayna tərəfinə uyğun gəlirdi, lakin ölkə hakimiyyəti Qərbin göstərişi ilə layihədən imtina etmək qərarına gəldi. “Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etmədik. Amma bəzi müvəqqəti tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”, – deyə prezident Vladivostokda EEF-in plenar iclasında bildirib.

Vladimir Putinin sözlərinə görə, 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri “mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri”ni razılaşdıra bildilər. Sonra cənab Conson gəldi (Boris Conson danışıqlar zamanı Böyük Britaniyanın baş naziri vəzifəsini icra edirdi) və ukraynalılara sonuncu ukraynalıya qədər döyüşmək göstərişi verdi. Bu gün də Rusiyanın strateji məğlubiyyətinə nail olmaq üçün çalışırlar”, – Putin əlavə edib.

Qeyd edək ki, İstanbul sazişləri paketinə Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahı hazırlamaqdan imtinası da daxil idi. Bunun müqabilində Kiyev “NATO-nun beşinci maddəsi ilə (Krım, Donbas və Luqansk əraziləri istisna olmaqla) beynəlxalq təhlükəsizlik təminatlarına ümid edirdi. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
editor.az

10Mənbələr