AZ

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan hökuməti bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP29) iştirak etmək üçün akkreditasiyadan keçmiş nümayəndələrə pulsuz viza almaq imkanı yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyi məlumat yayıb.
Məlumata görə, sənədi rəsmi viza portalı, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar.
"COP29 vizası sənədi rəsmi elektron viza portalı vasitəsilə almaq üçün onlayn müraciət edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına ərizə verildikdən sonra üç iş günü ərzində verilir", - məlumatda qeyd olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
oxu.az

10Mənbələr