AZ

Sevgilisinin benzin tökərək yandırdığı qadın idmançı öldü

Paris Yay Olimpiya Oyunlarının iştirakçısı, Uqandalı yüngül atlet Rebekka Çepteqey vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Milli Olimpiya Komitəsi məlumat yayıb.

Çepteqey bazar günü sevgilisi ilə mübahisə etdikdən sonra bədəninin 75%-inin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə idmançının Keniyadakı evində baş verib. Mülkiyyətlə bağlı mübahisə zamanı kişi Rebekkanın üzərinə benzin tökərək yandırıb.

Həkimlər bir neçə gün Çepteqeynin həyatı üçün mübarizə aparıblar. Lakin heç bir nəticəsi olmayıb. Çərşənbə axşamı idmançının bütün orqanları sıradan çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
publika.az

2Mənbələr