AZ

Meymunçiçəyi virusundan necə qorunmaq olar?

Azərbaycan Prezident Administrasiyasının tapşırığına əsasən Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə bu ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

Hazırda bir çox ölkələrdə meymunçiçəyi virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Maraqlıdır, meymunçiçəyi virusundan necə qorunmaq olar?

Məsələ ilə bağlı həkim-infeksionist Sədrəddin Atakişizadə "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, meymunçiçəyi virusu təmas nəticəsində insandan-insana ötürülür:

"Lakin insanların miqrasiyası nəticəsində xaricdən gələn insanlarda virus aşkar olunur. Bu virusa yoluxanlar cəmiyyətdən təcrid edilməlidirlər. Xəstəlikdən qorunmağın yeganə yolu da xəstələrlə əlaqəni kəsməkdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
cebheinfo.az

2Mənbələr