Putin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun əsas sessiyasında gündəmdəki müxtəlif məsələlərlə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, Putin Rusiya ordusunun Kursk bölgəsində vəziyyəti sabitləşdirdiyini bildirib.

“Düşmən Kursk bölgəsinə hücum edərək, Rusiyanı Donbasdakı irəliləyişindən yayındırmağa çalışdı, lakin buna nail ola bilmədi”, – deyə Putin bildirib.

Putin Kursk və Zaporojyadakı atom elektrik stansiyalarına edilən hücumları təhlükəli terror aktları kimi qiymətləndirərib: “Avropanın bu hissəsində nələrin baş verə biləcəyini ancaq oxşar şəkildə cavablandırsaq, təxmin edə bilərik”.

Donbasın azad edilməsinin onların prioritetləri olduğunu vurğulayan Putin, Rusiya ordusunun bölgədə uzun müddətdir görünməmiş sürətlə irəlilədiyini bildirib.

Hücumlar səbəbilə Kursk bölgəsindəki insanların çətin bir proses yaşadığına diqqət çəkən Putin deyib: “Düşməni bu torpaqlardan qovmaq və vətəndaşlarımızı qorumaq üçün hər şeyi etmək Rusiya ordusunun müqəddəs vəzifəsidir”.