AZ

"Finca Azərbaycan" kredit portfelini böyüdüb, gəlirlərini və mənfəətini artırıb

"Finca Azərbaycan" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 882 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2023-cü ilin eyni dövrünü 841 min manat xalis mənfəət il bağlamışdı. Beləliklə, "Finca Azərbaycan"ın xalis mənfəəti 41 min manat və ya 4,9% artıb. Qeyri-faiz gəlirlərinin azalması, faiz və qeyri-faiz xərclərinin artması faiz gəlirlərindəki artımın böyük hissəsinin silinməsilə nəticələnib. 

FAİZ GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, "Finca Azərbaycan"ın faiz gəlirləri (verilmiş kreditlər üzrə) 2023-cü ilin ilk 6 ayında 8 milyon 52 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 9 milyon 632 min manat təşkil edib (1 milyon 580 min manat və ya 19,6% artıb). Təşkilatın qeyri-faiz gəlirləri isə 222 min manatdan 22 min manata geriləyib (200 min manat azalıb). 

2024-cü ilin 1-ci yarısında  "Finca Azərbaycan"ın faiz xərcləri 715 min manat və ya 45,6%, qeyri-faiz xərcləri isə 614 min manat və ya 10,8% artıb (cəmi faiz və qeyri-faiz xərcləri 1 milyon 529 min manat artıb). 

MÜŞTƏRİLƏRƏ VRİLƏN KREDİTLƏR ARTIB

"Finca Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin birinci yarısının yekunu ilə müqayisədə 7 milyon 808 min manat və ya 13.3% artaraq 66 milyon 559 min manata yüksəlib. Kredit təşkilatı 30 İyun 2023-cü il tarixində 58 milyon 751 min manat kredit portfelinə malik idi. 

 

Finca Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
marja.az

1Mənbələr