AZ

Vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün müxalifət yasaqlanmalıdır - Kobaxidze

Gürcüstanın hakim partiyasının seçki proqramı oktyabrın 1-də təqdim olunacaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb.

 

Onun sözlərinə görə, seçkilərdə qələbə qazanacağı təqdirdə hakimiyyətin prioritetlərindən biri müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasını qadağan etmək olacaq.

 

“Bu gün vəziyyət belədir ki, iqtisadiyyatın inkişafı, vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün “Vahid Milli Hərəkat”ı konstitusiyaya zidd elan etmək lazımdır, inkişafa daim maneələr yaradır”, - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
modern.az

1Mənbələr