AZ

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu gün Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə (102 nəfər) keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
sam.az

1Mənbələr