AZ

Zakir Fərəcov sakinlərlə görüşdü

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə səyyar vətəndaş qəbullarını ardıcıl olaraq davam etdirir.

“İki sahil” xəbər verir ki, bu görüşlər şəhər sakinlərinin problemlərini birbaşa rəhbərliklə müzakirə etmək imkanı yaradır.

Növbəti belə görüş şəhərin 9-cu mikrorayon ərazisində təşkil olunub. Görüşdə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Görüş zamanı bəzi məsələlər dərhal həllini tapıb, daha geniş araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarət altına alınıb. Zakir Fərəcov vətəndaşların müraciətlərinə həssas yanaşdığını vurğulayaraq, bu cür qəbulların davamlı şəkildə təşkil olunacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
ikisahil.az

1Mənbələr