AZ

Oqtay Qasımov: Bu cür təzyiqlər xoş olmasa da Azərbaycanın mövqeyini dəyişməyəcək- ÖZƏL

"Bir çox Qərb dairələrində COP29 öncəsi Azərbaycana qarşı təzyiq kampaniyası aparılacağı ehtimalı əvvəlcədən edilirdi. Çünki bölgədə marağı olan və Azərbaycanın yaradığı reallıqları qəbul etməyən və bölgədəki konfliktə birdəfəlik son qoyan Azərbaycanın addımları təbii ki, bir çox ölkələr tərəfindən qəbul edilmir".

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasına bildirib:

"Onlar bir formada bölgədə gərginliyi saxlamaqla burada öz nüfuz və təsir imkanlarını artırmağa çalışırlar. Məhz bu səbəbdən də bir çox Qərb dairələri: Amerika, Fransa, Hindistan, İran və digər ölkələr Ermənistanı hərtərəfli dəstəkləyərək, onu silahlandıraraq bölgədə gərginlik yaratmağa çalışırlar və bu gərginlik üzərindən bölgədə öz maraqlarını təmin etməyi planlayırlar. Antiterror əməliyyatlarının, o cümlədən 44 günlük Vətən müharibəsinin sentyabr ayında baş verdiyini nəzərə alsaq məhz bu tarixlərdən istifadə edərək erməni diasporası və onun havadarları Qarabağ erməniləri məsələsini gündəmə gətirməyə çalışmaqla Azərbaycana təzyiq etməyin planlarını qururlar. Bu təzyiqlər Azərbaycanın mövqeyinə təsir etməyəcək. Çünki Azərbaycanın Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı konkret mövqeyi var və bu mövqe dəyişməzdir. Onların qarşısındakı əsas şərt Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul edərək qayıdışdır. İkinci şərt təbii ki, Qarabağ ermənilərinin geri qayıtması ilə paralel Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın da Ermənistana təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilməlidir. Bu şərtlər qəbul olunmayınca ermənilərin bu planları da həyata keçməyəcək və COP29 ərəfəsində bu təzyiqlərin daha da artacağını gözləyirik. Çünki hələ bir neçə ay öncədən ABŞ-də müəyyən konqresmenlər və ekspertlər, o cümlədən Fransada deputatlar, rəsmilər COP29-un boykot edilməsi, yaxud ona kölgə salınması ilə bağlı açıqlamalar vermişdir. Hal-hazırki təzyiq və qarayaxma kampaniyaları məhz bununla bağlıdır. Çünki onlar Azərbaycana təzyiq edərək hansısa güzəştlər əldə etmək istəyirlər. Bu prosesdə də ermənilərdən maşa kimi istifadə olunur. Amma bir daha qeyd etmək istəyirəm ki, bütün bu cəhdlərə baxmayaraq Azərbaycan mövqeyində prinsipialdır və bu cür təzyiqlər xoş olmasa da Azərbaycanın mövqeyini dəyişməyə səbəb olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
12
olaylar.az

10Mənbələr