AZ

Azərbaycan uyğun vəzifələrə uyğun adamları təyin etməklə bunun öhdəsindən gələ bilər - ÖZƏL

"Ermənilərin diktəsi ilə Azərbaycana qarşı qarayaxmalar yeni söhbət deyil. Əlbəttə, bu gün də var, sabah da olacaq, həmişə olacaq. Sadəcə biz nə etməliyik, necə edə bilərik ki, bu qarayaxmaların qarşısı alınsın?"

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"İllərdir dediyimi bir daha təkrarlayıram: Azərbaycan uyğun vəzifələrə uyğun adamları təyin etməklə bunun öhdəsindən gələ bilər. Yəni bizim daha fəal, bacarıqlı, təcrübəli insanlarımız bu cür məsələlərdə önə çəkilməlidirlər.   Bir daha qeyd edirəm ki, üstümüzə gələn o qara qüvvələrə cavab verə biləcək yetərincə təcrübəli insanlarımız var. Sadəcə, o insanlara meydan vermək lazımdır. Onda erməni diasporu, erməni lobbisi, onların arxasınca sürünənlər bizim qarşımızda heç nə edə bilməyəcəklər. Zatən belə bir təcrübəmiz var. Biz ermənilərin də hamısını qovmuşuq, onların tərəfdarlarını da. Bundan sonra da bunu davam etdirmək üçün dediyim kimi, təcrübəli insanlara meydan vermək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
olaylar.az

1Mənbələr