AZ

“Ukrayna ABŞ Konqresində təsdiqlənən yardımı hələ ala bilməyib” - Zelenski

“Ukrayna ABŞ Konqresinin qərarında nəzərdə tutulan hərbi yardımı hələ də almayıb”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Mən ABŞ-nin bütün vətəndaşlarına minnətdaram. Onların dəstəyi olmasaydı, nə Ağ Ev, nə də Konqres bizi dəstəkləməzdi. Konqresin qərarının müsbət tərəfi var, amma mənfi cəhəti də odur ki, biz hələ də Ukraynaya ayrılan yardım paketini gözləyirik”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu paketlər çox yavaş şəkildə göndərilir.

"Ona görə də biz öz briqadalarımızı tam gücləndirə bilmirik", - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
missiya.az

1Mənbələr