AZ

"Taliban" Rusiyadan onu tanımasını istədi

"Rusiyanın “Taliban” hərəkatını tanıması Əfqanıstana yüz minlərlə iş yeri verir".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu sözləri “Taliban”ın Şərq İqtisadi Forumundakı nümayəndəsi deyib. O, Kabilin bunu çox istədiyini vurğulayıb.

“Sadəcə olaraq, dövlətçiliyimizin Rusiya Federasiyası tərəfindən tanınması bizə ən azı yüz minlərlə iş yeri verir. Və biz çox istərdik ki, bu baş versin”, - hərəkatın nümayəndəsi bildirib.

Əfqanıstan Ticarət və İnvestisiya Palatasının rəhbəri vəzifəsini icra edən Hüseyn Məhəmməd Yunus əlavə edib ki, əfqan biznesi Rusiya ilə əməkdaşlıqdan məmnun olacaq. Onun sözlərinə görə, bundan hər iki tərəf faydalanacaq.

Qeyd edək ki, “Taliban” hərəkatı Rusiya Federasiyasında terrorçu kimi tanınır və fəaliyyəti qadağandır.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
qaziler.az

2Mənbələr