AZ

AYİB-in nümayəndəsi: COP29-da qlobal əhəmiyyətli qərarlar qəbul olunacağını gözləyirik

AYİB-in

Astana, 5 sentyabr, AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) ən yüksək səviyyədə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiya üzrə icraçı direktoru Hüseyn Özhan qarşıdan gələn tədbirin əhəmiyyətini qeyd edərkən bildirib.

AYİB nümayəndəsi vurğulayıb: “Biz COP29-da təkcə Azərbaycan deyil, bütün dünya üçün əhəmiyyətli qərarların qəbul ediləcəyini gözləyirik”.

O, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıda digər beynəlxalq maliyyə institutları ilə birgə pavilyon təşkil edəcəyini və burada müxtəlif təqdimatların olacağını bildirib. H.Özhan əlavə edib ki, AYİB yaşıl investisiyalara xüsusi diqqət yetirir.

“Bütün layihələrimiz Paris Sazişinin müddəalarına uyğun şəkildə həyata keçirilir”, - deyə AYİB nümayəndəsi vurğulayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
azertag.az

3Mənbələr