AZ

Polis İsrailin Baş Konsulluğu yaxınlığında bir nəfəri güllələdi

Almaniya polisi İsrailin Münhendəki Baş Konsulluğu yaxınlığında şübhəli şəxsi güllələyib.

Yenicag.az xəbər verir ki, yerli medianın məlumatına görə, şübhəli şəxs nasist rejiminin cinayətlərinə həsr olunmuş muzeyin qarşısında, şəhərin mərkəzindəki İsrail Baş Konsulluğu yaxınlığında güllələnib.

Münhen polisi açıqlamasında polisin şübhəli şəxsi güllələdiyini bildirib, lakin əlavə məlumat verməyib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
yenicag.az

1Mənbələr