AZ

Xuan Matanın yeni klubu bilindi

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O ispaniyalı futbolçunun Avstraliyanın yüksək liqasında çıxış edən “Vestern Sidney Uonderers” klubu ilə müqavilə imzalamağa yaxın olduğunu qeyd edib.

Xatırladaq ki, Xuan Matanın son komandası 2024-cü ilin fevralında tərk etdiyi yaponiyalı “Vissel Kobe” olub. Maraqlıdır ki, ispaniyalı futbolçu “Vissel Kobe”nin heyətində cəmi bir oyun keçirsə də, komanda ilə Yaponiya çempionu olub. Bundan əvvəl Mata "Qalatasaray"ın heyətində on səkkiz oyun keçirib və onunla da çempion olub, Türkiyə liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
90deqiqe.az

1Mənbələr