AZ

Ağadadaşın "Medera" ilə məhkəməsindən yeni xəbər - Özü açıqladı

Xalq artisti Ağadadaş Ağayev "Medera Hospital"ı məhkəməyə verməsi haqqında məlumat yayılıb.

Ağadadaş Ağayev Teleqraf.com-un açıqlamasında yayılan məlumatı təkzib edib: "Xəbərim yoxdur. Ümumiyyətlə, məsələ haqqında istintaq davam etdiyinə üçün məlumat verə bilmirəm".

Xalq artistinin vəkili Asim Abbasov da məsələdən məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, bu haqda ilk məlumatı Unikal.az saytı yayıb. Xalq artistinin Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi ilə bağlı verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
35
teleqraf.com

10Mənbələr