AZ

Ukrayna MN: "Rusiyanın 78 PUA-dan 60-nı vurduq"

Rusiya ordusu son 24 saatda 78 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri açıqlama yayıb.

Qeyd edilib ki, gecə və səhər saatlarında baş verən hücumda Rusiya ordusu İran istehsallı 78 “Şahed” tipli PUA-dan istifadə edib: "Onlardan 60-ı Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən havada məhv edilib. PUA-lardan ikisi Rusiyaya geri çəkilib, biri Belarus istiqamətində yönləndirilib, 15-i isə Ukrayna ərazisində itib. Dağıntı və can itkisi ilə bağlı məlumat daxil olmayıb”.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko "Telegram"da yazıb ki, ötəngecə 9 saat ərzində Kiyevə PUA-larla hücum olunub: "Kiyevdə can itkisi və ya dağıntı yoxdur. Hazırda paytaxta potensial hava təhlükəsi də yoxdur"

Zülfiyyə

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
29
mia.az

10Mənbələr